Qrup rəhbərinin köməkçisi vəzifəsinə əməkdaşlar axtarılır | Təhsil Elanları
Qrup rəhbərinin köməkçisi vəzifəsinə əməkdaşlar axtarılır
Bölmə:İş Elanları 858 dəfə oxunub
07.10.2021

Peşə Təmayüllü Siniflərin Təşkili layihəsi cari tədris ili üçün aşağıda qeyd edilən bölgələrdə yaşayan və bacarıqlara sahib 'qrup rəhbərinin köməkçisi' vəzifəsinə əməkdaşlar axtarır.
Bölgələr:
Ceyranbatan, Buzovna, Müşviqabad, Biləsuvar, Cəlilabad, Zaqatala, Şamaxı, Balakən, Quba, Yardımlı, Gədəbəy, İmişli, Ağcabədi, Yevlax, Saatlı.
Tələblər:
• Orta ixtisas/Ali təhsil;
• Cinsi – kişi/qadın;
• Azərbaycan dilində səlis danışıq;
• Ofis proqramlarını sərbəst bilmək;
• Layihə idarə olunmasında təcrübə;
• Ünsiyyət bacarığı;
• Kollektiv ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Layihənin icrası zaman məktəblə mərkəz arasında əlaqə yaratmaq;
• Şagirdlərlə sistemli işin təşkilində kömək;
• Peşə dərslərini tədris edən müəllimlərin işinə dəstək;
• Hesabatların hazırlanmasında qrup rəhbərinə kömək;
• Təcrübə səfərlərində qrup rəhbərinə dəstək;
• Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək.
İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq işə müraciət anketini doldurmaq lazımdır
Son müraciət tarixi: 11.10.2021
Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.