Təhsildə innovasiyalar üzrə mütəxəssis vakansiyası | Təhsil Elanları
Təhsildə innovasiyalar üzrə mütəxəssis vakansiyası
Bölmə:İş Elanları 688 dəfə oxunub
02.10.2021

ARTİ-nin Təhsildə innovasiyalar şöbəsi Təhsildə innovasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Tələblər:
-Ali təhsil;
-Təhsil, sosial və ya biznes layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
-Müvafiq kompüter bilikləri;
-Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
-Tədqiqat bacarıqları;
-Layihələri idarəetmə bacarıqları;
-Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
-Təhsil sahəsi ilə bağlı biliklər;
-Təşəbbüskarlıq.
Vəzifə öhdəlikləri:
-İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
-Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin təşkil olunması;
-Təhsil tədqiqatlarının aparılması;
-Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;
-Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;
-Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasının təmin edilməsi;
-Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 07.10.2021-ci il tarixinədək CV-lərini innovations@arti.edu.az elektron poçt ünvanına “Təhsildə innovasiyalar üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.