Beynəlxalq təşkilatda (ITLOS) 3 aylıq staj proqramı | Təhsil Elanları
Beynəlxalq təşkilatda (ITLOS) 3 aylıq staj proqramı
Bölmə:İş Elanları 544 dəfə oxunub
27.09.2021

Ümumi məlumat: Mənzil-qərargahı Almaniyanın Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün müxtəlif sahələr üzrə staj imkanları təklif olunur.

Proqramının müddəti: 3 ay

Tarix: 2022 / yanvar-mart

İxtisaslar: hüquq, beynəlxalq münasibətlər, ictimaiyyətlə əlaqələr, siyasi elmlər, kitabxanaçılıq, tərcüməçilik Tədris dili: ingilis və ya fransız dili

Yaş həddi: 35-dək

Maliyyələşmə: Namizədlərin staj proqramında iştirakları ilə bağlı müvafiq xərclərinin maliyyələşdirilməsi Tribunalın Dəniz Hüququ üçün Etimad Fondu çərçivəsində mümkündür.

Qeyd: Namizədlər ingilis və ya fransız dilini bilməli, universitetdəki təhsillərinin ən azı 3 ilini bitirməli, eləcə müvafiq universitet proqramında təhsil almalı, yaxud yenicə məzun olmuş şəxslər olmalıdır.

Müraciət forması: Proqramda iştirakda maraqlı olan namizədlər onlayn ərizə formasını doldurmalıdirlar: https://bit.ly/3lNUQat

Staj proqramı barədə ətraflı məlumatı https://bit.ly/3tVm4Q1 keçidindən əldə etməyiniz mümkündür.