SOCAR-ın qurumlarında gənc məzunlar və tələbələr üçün Ödənişli istehsalat təcrübəsi | Təhsil Elanları
SOCAR-ın qurumlarında gənc məzunlar və tələbələr üçün Ödənişli istehsalat təcrübəsi
Bölmə:İş Elanları 543 dəfə oxunub
18.09.2021

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır.

Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.

Təcrübəyə aşağıdakı ixtisaslar üzrə (Bakı Ali Neft Məktəbi istisna olmaqla) Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirmiş məzunlar müraciət edə bilərlər. (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər)

Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
  • Tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam edən tələbələr iştirak edə bilərlər.

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri, SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr.

Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.

“İxtisas qrupları (Sumqayıt şəhəri)” üzrə müraciət edənlər təcrübə prosesini Sumqayıt şəhərində keçəcəklər.

“SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı” ilə əlaqədar əlavə suallarınız olarsa hr@socar.az ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.

İdentifikasiya
nömrəsi
 
İxtisas sahəsinin adı  
Müraciət üçün
son tarix
 
Müraciət üçün  
 
17413 İnşaat/Təmir-tikinti (Sumqayıt) 21.09.2021 Müraciət et
17412 NÖC və Avtomatika (Sumqayıt) 21.09.2021 Müraciət et
17411 Mexanika (Sumqayıt) 21.09.2021 Müraciət et
17410 Energetika (Sumqayıt) 21.09.2021 Müraciət et
17409 Kimya Texnologiya (Sumqayıt) 21.09.2021 Müraciət et