Qrup rəhbəri vakansiyası var | Təhsil Elanları
Qrup rəhbəri vakansiyası var
Bölmə:İş Elanları 1246 dəfə oxunub
05.06.2021

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinə aşağıda qeyd edilən bölgələrdə yaşayan və tələb edilən bacarıqlara sahib “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulu başlamışdır.
Bölgələr:
Ağstafa, Bərdə, Tərtər, İsmayıllı, Lənkəran, Balakən, Saatlı, Qax, Oğuz, Ağsu, Kürdəmir, Qəbələ, Yevlax, Mingəçevir, Göyçay, Gədəbəy, Samux, Lerik, Tovuz, Biləsuvar, Gəncə, Göygöl, Qazax, Qobustan, Astara, Hacıqabul, Ağcabədi, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Lökbatan q., Sahil q., Əmircan q.,
Tələblər:
• Ali təhsil;
• Cinsi - kişi/qadın;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Ofis proqramları və sosial şəbəkələrdə işləmə bacarığı;
• Layihə idarə olunmasında təcrübə;
• Ünsiyyət bacarığı;
• Kollektiv ilə işləmə bacarığı.
Öhdəliklər:
• Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;
• Sinif kollektivi ilə sistemli işin təşkili;
• Layihə dərslərini keçən müəllimlərin işinin əlaqələndirilməsi;
• Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək;
• Əsas səriştələr üzrə tədrisin keçirilməsi;
• Təhsilin icrasının təşkil edilməsi;
• Məzunların ixtisaslarına uyğun əmək bazarına yönləndirilməsi;
• Hesablatların hazırlanması;
• Layihə əməkdaşlarının layihə çərçivəsində tapşırdığı işlərin vaxtında və tam icra edilməsi.
İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq işə müraciət anketini doldurmaq lazımdır - https://forms.gle/FiQfmJ4SpzQzn4KL9
 
Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibələrdən keçərək işə qəbul edilmiş şəxslər 2021-ci il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqdır.
Müraciət üçün son tarix: 14.06.2021