AMEA Tarix İnstitutu tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət edir | Təhsil Elanları
AMEA Tarix İnstitutu tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət edir
Bölmə:İş Elanları 555 dəfə oxunub
31.03.2021

AMEA Tarix institutunda əvvəlki tarixi dövrlərdə tarixin nəzəri məsələləri, qədim və orta əsrlər tarixi üzrə, nəinki Azərbaycanda, o cümlədən onun hüdudlarından kənarda yüksək elmi nüfuza malik olan tarixçi və ya tarixçi-şərqşünas alimlər nəsli fəaliyyət göstərmişdir. Təəssüf ki, sonralar nəsillərin əvəz edilməsi kifayət qədər nəzərə alınmamışdır. Nəticədə Tarix institutunda bu sahələr üzrə ciddi boşluq yaranmışdır. Bunu nəzərə alan Tarix institutu tarixin nəzəriyyəsi, Azərbaycanın Atropatena və Albaniya dövlətləri və Orta əsrlər tarixinin bir sıra dövrləri üzrə (VII-IX və XIII-XIV əsrlər) tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət etməyi qərara almışdır. Bunun üçün müraciət edən gənclər magistraturanı bitirməli, seçdiyi problem və dövrlərin qaynaqları üzərində çalışmaq üçün müvafiq dil hazırlığına malik olmalıdır. Sənədlər 2021-ci il aprelin 30-dək təqdim edilə bilər. İşə qəbul institutun mütəxəssisləri tərəfindən təşkil olunacaq, komissiya tərəfindən həyata keçiriləcəkdir.