Tərbiyəçi-müəllimlərin işə qəbulu | Təhsil Elanları
Tərbiyəçi-müəllimlərin işə qəbulu
Bölmə:İş Elanları 2933 dəfə oxunub
13.03.2021

2021-2022-ci tədris ili üzrə

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulu

Müraciət üçün son tarix: Saat 23:59; 14 mart 2021-ci il.

12 Mart tarixində yenilənmə: 

40 şəhər və rayonda mövcud vakansiyaların sayı: 154

Diqqət! İşə qəbulda müsabiqə mərhələsi vakansiyaların yerləşdiyi müvafiq şəhər və rayon mərkəzlərində baş tutacaqdır.

Hal-hazırda mövcud olan vakansiyaları görmək üçün faylı endirin. 

Qeyd 1: Faylın rəsmi və son forması budur. Fayl üzərində hər hansı bir dəyişiklik qəti qadağandır. 

Qeyd 2: Vakant yerlər mütəmadi olaraq yenilənir. Zəhmət olmasa, saytımızı və ya rəsmi "Facebook" səhifəmizi daima izləyəsiniz.

Vakansiyalar (Yenilənmə 2).pdf

Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir. Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaqdır. Uşaqlar həftə ərzində 4 dəfə 2 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar. Layihəyə qəbul olunmuş tərbiyəçi-müəllimlər icmada xüsusi yaradılmış qruplarda müəyyən zaman çərçivəsində 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olacaqlar. Təlimçi-müəllimlər bununla bağlı mütəmadi olaraq xüsusi təlimlərdə iştirak edəcəklər. İcma qrupları ilə işin təşkili və təlimlərə qatılma xərcləri layihə tərəfindən qarşılanacaqdır. 

Kimlər tərbiyəçi-müəllim ola bilər?

-    3-5 yaşlı uşaqlarla işləməyə həvəsi, bilik və bacarıqları olanlar;
-    Təhsil səviyyəsi baxımından, hər bir kəs müraciət edə bilər. Ali və ya orta ixtisas təhsilli şəxslərə üstünlük veriləcəkdir. 

Müraciət qaydaları və seçim mərhələləri

-    Ərizə (Müraciət) formasının doldurulması.
-    Müsabiqə mərhələsi.
-    Müsahibə mərhələsi. 

Qeyd: Müsabiqə və müsahibə mərhələlərinin keçirilmə vaxtı, formatı mövcud karantin rejimi ilə bağlı olaraq, hələ ki dəqiqləşməyib. Müraciətlərin qəbulu bitməsindən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaq və o zaman dəqiq məlumat bildiriləcəkdir.

Əlavə məlumatlar

Onlayn qeydiyyatın sonunda “Təşəkkür edirik, müraciətiniz uğurla qeydə alındı.” mesajı yazıldıqda bu qeydiyyatın uğurla tamamlandığını bildirir.
Namizədin yaşadığı müvafiq ərazi üzrə (şəhər/rayon/qəsəbə/kənd) vakant yerə müraciət etməsi tövsiyə olunur. Bu vakant yerə müraciət üçün əsas tələblərdən biridir. Hər bir namizəd yalnız bir vakant üzrə müraciət edə bilər.

Sualınızı bizə yaza bilərsiniz: www.icmalayihesi.edu.az/elaqe

Layihə haqqında məlumat: www.icmalayihesi.edu.az/layihe-haqqinda

Təlimlər haqqında məlumat: www.icmalayihesi.edu.az/telimler

Mərkəz və qruplar haqqında məlumat: www.icmalayihesi.edu.az/icma-qruplari