Müştəri Bazasının İdarəolunması (CRM) şöbəsinin təcrübəçisi | Təhsil Elanları
Müştəri Bazasının İdarəolunması (CRM) şöbəsinin təcrübəçisi
Bölmə:İş Elanları 351 dəfə oxunub
25.02.2021

“SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.
 
Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.
 
Vəzifələr:
- Mövcud müştəri bazasının öncədən müəyyənləşdirilmiş parametrlərə və meyarlara uyğun yoxlanılması və uyğunlaşdırılması;
- Müştəri bazasına mütəmadi daxil olan yeni məlumatların öncədən müəyyənləşdirilmiş parametrlərə və meyarlara uyğun yoxlanılması;
- Müştəri məlumatlarının toplanması üçün istifadə olunan alətlərin öncədən müəyyənləşdirilmiş parametrlərə və meyarlara uyğun işləməsinə nəzarət;
- Aylıq, rüblük və illik, hesabtlara daxil olan məlumatların müddətə uyğun yenilənməsi;
- Birbaşa rəhbərin həvalə etdiyi digər tapşırıqların yerinə yetirilməsi
 
Tələblər:
• Təhsil - Ali təhsil (İqtisadiyyat, Marketinq və ya Biznesin İdarə Olunması sahələrinə üstünlük veriləcək)
• Riyazi və Texniki biliklərə üstünlük veriləcək
• Azərbaycan dili (yüksək səviyyə), rus və ingilis dili (orta səviyyə arzuolunandır)
• MS Office, MS Excel (ümumi formulalarla işləmək)
 
Bacarıqlar:
• Yeniliklərə və İnkişafa yönümlülük
• Detallara Diqqət
 
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ləri sevda.orujova@srgroupco.com elektron ünvana təqdim edə bilərlər.