"Məktəb inspektoru" vakansiyası | Təhsil Elanları
"Məktəb inspektoru" vakansiyası
Bölmə:İş Elanları 1114 dəfə oxunub
25.02.2021

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə İnspeksiya” layihəsi çərçivəsində  “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi

Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dəstək məqsədilə “məktəblərin inspeksiyası” layihəsinə başlanılır. Ümumtəhsil məktəblərində inspeksiya layihəsinin keyfiyyətli, şəffaf və düzgün keçirilməsi məqsədilə “məktəb inspektoru” vəzifəsi üzrə uyğun namizədlərin işə cəlb olunması nəzərdə tutulur.

Vəzifə

Sizin vəzifəniz tədris, öyrənmə, məktəb idarəetməsi, şagird nailiyyətləri, şagirdlərin fərdi və  sosial inkişafı,  məktəblərdə gigiyena, sağlamlıq və təhlükəsizlik  işinin təşkili, şagirdlərlə, əməkdaşlarla və valideynlərlə ünsiyyətin təşkili istiqamətləri üzrə müəyyən olunmuş standartlar əsasında məktəb qiymətləndirməsini həyata keçirmək olacaqdır.

 

Məsuliyyət

 

1. Ümumtəhsil məktəblərində tədris, öyrənmə, məktəb idarəetməsi, şagird nailiyyətləri, şagirdlərin      fərdi və  sosial inkişafı istiqamətində təftiş üçün lazımi məlumatların toplanması;

 

2. Təqdim olunmuş standartlar əsasında məktəblərdə sənədləri araşdırmaq, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlərlə görüşlər keçirmək;

 

3. Dərsləri müşahidə etmək  və dərs prosesi, müəllimlərin dərs planlaması və şagird  qiymətləndirməsi haqda  təqdim edilmiş standart və meyarlara əsasən qeydlər aparmaq, faktlar toplamaq;

4. Məktəb inspeksiyasının sonunda əldə olunmuş məlumatlar əsasında hesabat hazırlanması;

 

5. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.


Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqda biliklər;
  • Minimum 7 il iş təcrübəsi, o cümlədən pedaqoji sahədə və idarəetmə sahəsində iş təcrübəsi mütləqdir;
  • Ümumtəhsil məktəblərində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəniaraşdırma, öyrənmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi (ingilis və rus dili biliyi arzuolunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
  • Effektiv şifahi və yazılıpeşəkar kommunikasiya bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Zərurət olduqda ölkə ərazisi üzrə səyahət etmək imkanı;
  • Minimum yaş həddi - 27 yaş

Üstünlüklər

  • Dövlət qurumlarında təmsil olunma vədövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Dövlət qurumlarındakaryera qurmaq və vəzifədə irəliləmək imkanı;
  • Əmək haqqı yüksəkdir.

       
       İş qrafiki: Tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya  müqavilə əsasında sərbəst qrafiklə

Son müraciət tarixi: 28.02.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini   hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “məktəb inspektoru” qeyd etməklə göndərə bilərlər.