İnsan resursları üzrə mütəxəssis | Təhsil Elanları
İnsan resursları üzrə mütəxəssis
Bölmə:İş Elanları 375 dəfə oxunub
17.02.2021

Mütəxəssis  

İnsan resursları idarəsi
İşə qəbul şöbəsi
Bakı şəhəri

Vakansiya kodu
V210206-1
Kateqoriya
Mütəxəssis
Elan tarixi
14/02/2021
Son müraciət tarixi
28/02/2021
Əmək şəraiti
Ofisdaxili və ofisxarici
İş vaxtının norması
09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə (peşə) üzrə əmək haqqı
Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş
-
Ödəniş növü
Vaxtamuzd
Digər təminatlar
-
 

Təhsil istiqaməti/ixtisası
İstənilən
Minimum təhsil dərəcəsi
Bakalavriat

Sahə üzrə iş təcrübəsi
1 il
Tələb olunan biliklər
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər; Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər; Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər; İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
Fərdi keyfiyyət göstəriciləri
Təsir göstərmə
Analitik düşüncə
Müştəri yönümlülük
Digər tələb və üstünlük göstəriciləri
İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil; İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, HRCI); Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Komputer bilikləri
MS Office-sərbəst
Dil bilikləri
İngilis-orta
Rus-orta
Tələb olunan vəsiqə və ya sertifikat
Tələb edilmir

Vəzifə öhdəlikləri
Struktur qurumlardan daxil olmuş vakansiya tələbi formalarına uyğun olaraq elanların hazırlanması və müvafiq qayda üzrə müxtəlif elan kanallarında yerləşdirilməsi; Verilmiş elanlar nəticəsində daxil olmuş müraciətlərin tələb formaları əsasında yoxlanılması; İlkin seçim mərhələsində uğur qazanmış namizədlərlə müsabiqənin (test imtahanı, müsahibə və ya peşə imtahanı) keçirilməsi; Müsabiqənin mərhələləri üzrə uyğun namizədlərin məlumatlandırılması və elektron bildirişlərin göndərilməsi; Müsabiqə nəticəsində uğur qazanmış namizədlərə iş təkliflərinin hazırlanması və göndərilməsi; Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılması; Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməsi. Qeyd: Xidməti zərurət ilə əlaqədar bölgələrə təşkil edilən ezamiyyətlərdə iştirak edilməsi.

Ünvan
Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230