Regionlarda çalışmaq istəyən İT mütəxəssislərin diqqətinə ! | Təhsil Elanları
Regionlarda çalışmaq istəyən İT mütəxəssislərin diqqətinə !
Bölmə:İş Elanları 341 dəfə oxunub
08.02.2021

STRUKTURUN ADI: 1-22 saylı Ərazi məşğulluq mərkəzi filialları (Bakı və regionlar üzrə)
VAKANT VƏZİFƏLƏR: İT üzrə mütəxəssis
ƏMƏK HAQQI: 1000-1500 AZN
VƏZİFƏ FUNKSİYALARI:
Son istifadəçi kompüterlərində əməliyyat sistemlərini qurmaq;
İstifadəçi kompüterlərində antivirus proqramlarını quraşdırmaq və onların avtomatik yenilənməsini təmin etmək;
İstifadəçi kompüterlərinin müvafiq olaraq lokal və ya internet şəbəkəsinə qoşulmasını təmin etmək;
Çap qurğularını quraşdırmaq və onlara texniki qulluğu təmin etmək;
İstifadəçi kompüterlərinin administrativ idarə olunması məqsədi ilə domen sisteminə qoşulmasında iştirak etmək;
İnformasiya-kommunikasiya təminatı üzrə avadanlıq və proqram ehtiyaclarını müəyyənləşdirmək və rəhbərliyə məruzə etmək;
Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilmək.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
Ali təhsil (İnformasiya texnologiyaları, fizika və riyaziyyat);
Müvafiq sahə üzrə ən azı 1 il təcrübə
Dövlət dili (sərbəst), rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır);
“Microsoft Office” proqramları (yaxşı səviyyədə), şəbəkə bilikləri, əməliyyat sistemləri (yüksək səviyyədə);
Müraciət üçün: hr.dma@sosial.gov.az