Kadrlar üzrə mütəxəssis | Təhsil Elanları
Kadrlar üzrə mütəxəssis
Bölmə:İş Elanları 285 dəfə oxunub
07.02.2021

Kadrlar üzrə mütəxəssis
Landau School

Vəzifə öhdəlikləri:
▪ E-gov portalında əməliyyatların icra edilməsi
▪ Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, əmək müqavilələrinin hazırlanması
▪ İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı
▪ Məlumat bazasının mütamadi yenilənməsi
▪ Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı
▪ Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması
▪ Əmək kitabçalarında qeydlərin aparılması
▪ Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
▪ İşçilərin iş vaxtı cədvəlinin hazırlanması
▪ Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi
▪ Pensiya və kompensasiyaların təyin edilməsi üçün sənədlərin hazırlanması və təqdim edilməsi
 
Tələblər:
▪ Ali təhsil
▪ Ən azı bir il Kadrlar şöbəsində iş təcrübəsi
▪ Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
▪ Azərbaycan və Rus dili biliyi
▪ İngilis dili biliyi arzuolunandır
 
İş şəraiti:
▪ İş saatları: 1-5 günlər saat 09:00-18:00
▪ Əmək haqqı: razılaşma əsasında
 
Maraqlı olanlar CV-ni “Kadrlar üzrə mütəxəssis” başlığı ilə hr@landauschool.com ünvanına göndərə bilər.