Korporativ müştərilərlə iş şöbəsində təcrübə | Təhsil Elanları
Korporativ müştərilərlə iş şöbəsində təcrübə
Bölmə:İş Elanları 265 dəfə oxunub
06.02.2021

Korporativ müştərilərlə iş şöbəsində təcrübə
Azərbaycan Beynəlxalq Bankı
 
Görəcəyiniz işlər:
  • Cari korporativ müştərilərə xidmətin göstərilməsi;
  • Yeni müştərilərin axtarışı və cəlbi;
  • Əmək haqqı kartları üzrə tərəfdaşların cəlb edilməsi;
  • Qarantiya veriləcək müştərilərin cəlbi.
 
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
  • Komandada işləmək bacarığına sahib;
  • Problemləri həll etmə bacarığına malik olan şəxs.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi : 03.03.2021