“Layihələrin İdarəetmə Ofisinin Rəhbəri” vakansiyası | Təhsil Elanları
“Layihələrin İdarəetmə Ofisinin Rəhbəri” vakansiyası
Bölmə:İş Elanları 379 dəfə oxunub
06.02.2021

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Layihələrin İdarəetmə Ofisinin Rəhbəri”  vakansiyası elan edir.

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil sahəsi üzrə müvafiq layihələrin icrası ilə bağlı mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Vəzifə

Sizin vəzifəniz təhsil sahəsi üzrə müvafiq layihələrin icrası ilə bağlı cari prosesin təkmilləşdirilməsi olacaqdır.

Məsuliyyət

  • Təşkilatda icra olunan layihə planlarının tərtib olunmasını təmin etmək, təşkilatın strateji tədbirlərinin müəyyən olunmasında iştirak etmək;
  • Həyata keçirilən prioritet layihələrin icrasını əlaqələndirmək, məlumat paylaşımı təmin etmək;
  • Layihələrin icrası ilə bağlı əhatəli təhlil həyata keçirmək, risklərin idarə olunmasını təmin etmək;
  • Layihə planlarına uyğun olaraq fəaliyyətlərin icrasını izləmək, zəruri görüşlərin və müzakirələrin keçirilməsini təmin etmək;
  • Layihələrin planlaşdırılması, icrasının izlənməsi və hesabatlılığın təmin olunması üçün elektron həlləri hazırlamaq və tətbiqinə nail olmaq;
  • Layihələrin icrasına dair rəhbərlik üçün hesabatlar hazırlamaq;

Tələblər

  • Layihələri idarə etmə bacarığı (PMP sertifikatı üstünlükdür);
  • Maliyyə, satınalma, təchizat, hüquq prinsiplərini anlamaq;
  • MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
  • Azərbaycan və İngilis dillərini səlis bilmək;
  • Yüksək dərəcədə təşkilatçılıq və komanda işi bacarığı;
  • Mükəmməl ünsiyyət bacarıqları;

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi: 28.02.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə Layihələrin İdarəetmə Ofisinin Rəhbəri qeyd etməklə göndərə bilərlər.