Bank Respublika ASC “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir | Təhsil Elanları
Bank Respublika ASC “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Bölmə:İş Elanları 337 dəfə oxunub
13.09.2020

Bank Respublika ASC istedadlı və özünə güvənən gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir.

“Universal mütəxəssislərin hazırlığı” qroqramına necə qoşulmaq olar?

• CV-nizi HR@bankrespublika.az ünvanına 25 sentyabr tarixinədək göndərmək;
• Emailın mövzu hissəsində proqramın adını “Universal mütəxəssislərin hazırlığı” qeyd etmək.

Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
• Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə və satış bacarığı;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Öz bilik və təcrübəmizi Sizinlə bölüşmək arzusu ilə...