Regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar | Təhsil Elanları
Regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar
Bölmə:İş Elanları 338 dəfə oxunub
09.09.2020

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar elan edir!

GİKM Ağdaş, Ağsu, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Mingəçevir, Naftalan, Neftçala, Qobustan, Salyan, Siyəzən, Şirvan, Tovuz, Ucar, Xızı, Yardımlı və Zərdab rayonlarında yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir.

Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun rəsmi internet saytı  (https://youthfoundation.az/vakansiyalar/) və GencApp mobil tətbiqi ( http://onelink.to/gencapp) vasitəsilə 15 oktyabr, 2020-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.