Qərbi Kaspi Universiteti Onlayn və Distant təhsil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir | Təhsil Elanları
Qərbi Kaspi Universiteti Onlayn və Distant təhsil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir
Bölmə:İş Elanları 398 dəfə oxunub
30.08.2020

Qərbi Kaspi Universiteti Onlayn və Distant təhsil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir

Namizədə olan tələblər :

- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilməli
- Distans və onlayn təhsillə bağlı təcrübəyə malik olmalı
- Araşdırmaya həvəsli olmalı
- Komandada işləməyi bacarmalı

Öhdəliklər:

- Distant və Onlayn təhsil üçün proqram təminatı, kontent yaradılması və interaktiv medianın tövsiyə edilməsi və araşdırılması.
- Tədris məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün distant və onlayn təhsil strukturunun müəyyənləşdirilməsi.
- Tərəfdaşlar ilə əməkdaşlıq edilməsi və təlim məqsədləri ilə layihənin ehtiyaclarına cavab verən təlim materiallarının hazırlanması
- Distant və onlayn təhsil çərçivəsində effektivliyin idarə edilməsi üçün məqsədləri təyin etmək, məhsuldarlığı izləmək
- Mətnlər, təlim mətnləri, audio və video skriptlər yazmaq bacarığı.
- Materialları yeniləmək, araşdırmaq və təkmilləşdirmək üçün digər şöbələr və bu sahə üzrə mütəxəssislər ilə birlikdə işləmək bacarığı.
- Mürəkkəb (kompleks) öyrənmə nəzəriyyələri, qiymətləndirmə və qiymətləndirmə metodları barəsində məlumatlı olma, həmçinin öyrənmə üslublarını dərindən anlama bacarığı
- Tədrisdə ixtisaslaşmış və təhsil məzmununu inkişaf etdirmək üçün bu sahə üzrə mütəxəssislər ilə əlaqə qurmaq bacarığı.
- Rəhbərlik, həmkarlar, digər şöbələr və bu sahə üzrə mütəxəssislərlə həm müstəqil, həm də komanda mühitində səmərəli işləmək bacarığı.
- Mükəmməl texnoloji bacarıqlar, yazılı və şifahi ünsiyyət və analitik bacarıqlar.

CV-ləri aşağıdakı mailə göndərmək olar:
administration@wu.edu.az