“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Back-end Proqramçı vakansiyasını elan edir. | Təhsil Elanları
“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Back-end Proqramçı vakansiyasını elan edir.
Bölmə:İş Elanları 177 dəfə oxunub
03.08.2020

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

 

Görəcəyiniz işlər:

 

  • Məhsulun biznes məntiqinin, back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
  • Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-lərin hazırlanması;
  • Mənbə kodlarının təhlili və ehtiyaca uyğun dəyişikliklərin icra edilməsi;
  • Unit və İnteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin (tools) hazırlanması;
  • Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
  • Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlili;
  • Yeni texnologiyaların araşdırılması və tətbiqi;

Bizim üçün ideal namizəd:

  • Back-end proqramçı kimi ən azı 2  illik təcrübəsi olan;
  • Java8, Java EE, Spring Boot üzrə təcrübəsi olan;
  • Versiya Kontrol Sistemləri (Git) üzrə bilikləri olan;
  • RESTful APİ servislərin hazırlanması, istifadə olunması və tətbiqlərin performansının artırılması üzrə təcrübəsi olan;
  • Obyekt yönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns üzrə bilikləri olan;
  • Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları haqqında biliyi olan (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
  • Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması üzrə təcrübəsi olan;
  • Agile Scrum metodologiyası üzrə bilikləri olan;
  • Mikroservis arxitekturası üzrə bilikləri olan (arzu olunandır);
  • PL/SQL  bilikləri olan (arzu olunandır);
  • Agile komandasında proqramçı  kimi iş təcrübəsi olan (üstünlükdür);
  • Güclü problem həlletmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyəti olan bir şəxsdir

 

 

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Back–end Proqramçı göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.