Qrafik Dizayner | Təhsil Elanları
Qrafik Dizayner
Bölmə:İş Elanları 396 dəfə oxunub
17.07.2020

PR və Marketinq Departamentinə Qrafik Dizayner vəzifəsinə işçi tələb olunur.

Vəzifənin adı: Qrafik-Dizayner
Vəzifə öhdəlikləri:
- Qrafik dizaynların hazırlanması;
- Şirkətin saytı və sosial şəbəkə səhifələrində verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Bukletlər, flayerlər, broşür, posterlər və kataloqlar üçün dizaynların hazırlanması;
- Məhsul və ya xidməti ən yaxşı şəkildə nümayiş etdirən təqdimat və təkliflərin dizayn edilməsi
- Sosial media postları üçün kontentlərin yazılması;
- Sosial media postları üçün dizaynların hazırlanması;
- Materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
- Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
- Aparılan işlər üzrə hesabatlar hazırlamaq;

Namizədlə bağlı tələblər:
- Həmin sahədə ən azı 2 il iş təcrübəsi;
- V-Ray, CorelDraw, İnDesign, Adobe Photoshop, Adobe İllustrator, Adobe After Effects proqramında işləməyi bacarmalı;
- Komandayla çalışmağı bacarmalı, sürətli və praktik olmalı;
- Nizam-intizamlı və məsuliyyətli;
- Dil bilikləri: Rus dili və İngilis dili arzuolunandır
İş yeri və Şəraiti:
İş yeri: Gəncə şəhəri.
İş saatı: I- VI günlər saat: 09:00-dan 17:00-dək
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcək.

CV-lər info@gih.az ünvanına Qrafik-Dizayner başlığı ilə göndərilməsi xahiş olunur.

Gəncə Beynəlxalq Xəstəxanası