UNEC-də növbəti “Gənc müəllimlər - 3” layihəsinə start verilir. | Təhsil Elanları
UNEC-də növbəti “Gənc müəllimlər - 3” layihəsinə start verilir.
Bölmə:İş Elanları 379 dəfə oxunub
27.06.2020

Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi UNEC-in gənc müəllim kollektivinə qoşulmağa dəvət edirik.
Texniki və texnoloji ixtisaslar üzrə (“Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”, “Qida mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Dizayn”) tədris aparmaq arzusunda olanlar CV-lərini 24 iyul 2020-ci il tarixinə qədər cv@unec.edu.az ünvanına göndərə bilər.
Texniki və texnoloji ixtisaslar üzrə tədris aparılacaq yeni və müasir tədris binasında 3 min tələbənin təhsil almaq imkanı yaradılıb, eləcə də ən müasir təchizata malik 14 laboratoriya qurulmuşdur.
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir.
Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə online müsahibə təşkil ediləcək.
Müəllim adını zirvədə qoruyacaq hər kəsi UNEC kollektivində görməyə şad olarıq!