Təcrübəçi axtarılır | Təhsil Elanları
Təcrübəçi axtarılır
Bölmə:İş Elanları 570 dəfə oxunub
22.06.2020

Karantindən təcrübəçi iş təklifi ilə çıxmaq istəyirsinizmi? 

Biz, Impler Agentliyi - böyük iş təcrübəsinə malik sosial media və digital marketinq komandasıyıq və gələcək karyerasını bu sahədə görən TƏCRÜBƏÇİ axtarırıq!

İstəklərimiz:
- Bu sahədə karyera hədəfləyən və davamlı özünü inkişaf etdirən;
- Motivasiyalı, məsuliyyətli, özünü inkişaf etdirən;
- Azərbaycan dilini mükəmməl bilmək, əlavə xarici dil biliyi üstünlük ola bilər;
- Aktiv sosial şəbəkə istifadəçisi olmaq;

Təcrübəçinin öhdəlikləri:
- Həftənin 5 günü, ümumilikdə həftəlik 40 saat bizimlə olmaq (tələbələr ilə iş qrafiki müzakirə oluna bilər).
- Sosial Media xidmətlərinin icra olunması prosesində iştirak etmək;
- Verilən tapşırıqları məsuliyyətli və dəqiq şəkildə yerinə yetirmək;
- Verilən kursları öyrənmək;

Təcrübə proqramında əldə edəcəkləri:
- Karyerasının inkişafı üçün qızıldan qiymətli təcrübə;
- Korporativ təşkilati davranış bacarıqları;
- Uğurla bitirdiyi halda tövsiyə məktubu.
- Və ən əsas - iş dünyasının qapıları üzünüzə açılacaq.

Digər şərtlər:
- Proqram müddəti: 6 ay
- Təcrübə proqramı ödənişlidir - (yəni, təcrübəçiyə aylıq xərclərini qarşılamaq üçün ödəniş olunacaq).
- Yaş və cins fərqi yoxdur.
- Yuxarı kurs tələbələri müraciət edə bilərlər.
- Yalnız shortlist olunacaq şəxslərlə əlaqə saxlanılacaq.

Müraciət etmək üçün 28 iyun tarixinədək CV və motivasiya məktubunuzu “Təcrübəçi” başlığı ilə cv@impler.com ünvanına göndərə bilərsiniz.

Seçim prosesində motivasiya məktubu göndərmiş şəxslərə üstünlük veriləcəyi üçün bu sahədə karyera hədəfləriniz, proqrama müraciət etməkdə motivasiyanız, bacarıq və təcrübələrinizi detallı qeyd etməyiniz tövsiyə olunur.