İnsan resursları departamentinin baş mütəxəssisi (HR Generalist) axtarılır | Təhsil Elanları
İnsan resursları departamentinin baş mütəxəssisi (HR Generalist) axtarılır
Bölmə:İş Elanları 414 dəfə oxunub
08.06.2020

Azərbaycan Respublikası Dövlət Neft Fondu Sizi İnsan resursları departamentinin baş mütəxəssisi (HR Generalist) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bizim professional komandamıza qoşularaq Siz daim karyera inkişafını təmin edən peşəkar mühitdə çalışmaq imkanı əldə etmiş olacaqsınız.

Kreativ və innovativ düşüncə və yanaşma tərzinizə, insanlarla mükəmməl ünsiyyət qurmaq və problem həlletmə bacarığınıza güvənirsinizsə, bizim komandamızın üzvü olmaq fürsətini dəyərləndirin!

Vəzifə üzrə əmək funksiyaları:

  • İşçi ehtiyaclarının müəyyən etmək, müsahibə aparmaq, uyğun namizədlərin işə qəbulu prosesində struktur bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;
  • Əməkdaşların düzgün vəzifə və yerlərdə olmasının təhlilini aparmaq və sənədləşmə işlərini təmin etmək;
  • Yeni işçilərin məlumatlandırılmasını, adaptasiyanı təmin etmək və təlim proqramlarını təşkil etmək;
  • İşçilərin təşkilatda olan güzəşt, təlim və tədris proqramları barədə ətraflı məlumatlandırılmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərinin qaydalara uyğun şəkildə aparılması və saxlanılmasını təmin etmək;
  • İnsan resursları departamentinin əməkdaşları üçün müvafiq mövzular üzrə təkmilləşdirmə işlərini təmin etmək və bu sahədə dəstək göstərmək;
  • İnsan resursları departamentinə aid siyasət, prosedur və sənədlərin hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təmin etmək;
  • Fondu müvafiq tədbir və təşkilatlarda təmsil etmək;
  • Ümumi biznes strategiyasına uyğun olaraq müvafiq struktur bölmələrə zəruri insan resurslarına olan strateji planları il bağlı müvafiq dəstək vermək;
  • İşçilərlə mütəmadi görüşlərin keçirilməsi vasitəsilə onların şikayət və təkliflərini dinləmək və onlara bu istiqamətdə məsləhət və dəstək göstərməklə İnsan resursları departamentinin fəaliyyətini planlaşdırmaq, təkmilləşdirmək, qiymətləndirmək;
  • İşçilərdə ümumi baxış formalaşdırılması üçün təşkilatda öz rollarına aid tam aydın məlumat vermək və yüksək keyfiyyətli əlaqələr qurmaq;

Təhsil/İxtisaslaşma/Təlimlər

İnsan resursları və oxşar sahələr üzrə təhsil

İnsan resursların barədə siyasət və prosedurlara dair mükəmməl anlayışın olması.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə müvafiq biliklər.

Dil bilikləri

Azərbaycan dili, ingilis dili bilikləri vacibdir, rus dili bilikləri arzuolunandır.

Təcrübə

Bu sahə üzrə 5 ildən artıq iş təcrübəsi.