Korporativ satış üzrə mütəxəssis - Poliqrafiya və Reklam məhsulları/xidmətləri | Təhsil Elanları
Korporativ satış üzrə mütəxəssis - Poliqrafiya və Reklam məhsulları/xidmətləri
Bölmə:İş Elanları 374 dəfə oxunub
03.05.2020

Korporativ satış üzrə mütəxəssis - Poliqrafiya və Reklam məhsulları/xidmətləri

VƏZIFƏ ÖHDƏLIKLƏRI:
• Təklif olunan xidmət və məhsul çeşidinin öyrənilməsi
• Çap texnikaları və yeni çap imkanlarının, istehsal imkanlarının daima araşdırılması. Sektora dair məlumatların daima araşdırılması və yeni məlumatlara malik olmaq
• Müştrəri bazasının araşdırılması və potensial müştəri siyahılarının formalaşdırılması
• Satış alətlərinin yaradılmasında iştirak
• Soyuq zənglərin, görüşlərin keçirilməsi, təqdimatların keçirilməsində iştirak
• Təkliflərin hazırlanması, göndərilməsi, təqib olunması və satışa çevrilməsinə nəzarət
• Satış prossesinsin tamamlanması, ödəniş, təkrar sifarişin təmin olunması. Müştəri akkauntlarına nəzarət və müştərilərin daimiliyinin təmin olunması.
• Satış planının icrası və digər tələb olunan KPİ-ların icrasına cavabdehlik.

Tələblər:
• Yaş həddi ‐ 23 ‐ 40 arası
• Poliqrafiya, çap, reklam sahəsində iş təcrübəsi üstünlükdür
• Ofis proqramlarının biliyi
• Digər qrafik proqramlar basic biliyi üstünlükdür
• Dil bilikləri: Azərbaycan və Rus dilləri, İngilis dili biliyi üstünlükdür
• Sürətlə yeniliklərə adaptasiya və yenilikləri öyrənmə imkanı
• Detallara diqqətçil olmaq
• Ünsiyyətcil və komanda ruhuna uyğun olmaq
• Sürətli qərar qəbul etmə və təzyiq altında işləməyi bacarmaq
• Səbrli olmaq
• Hər bir işin sona qədər izlənməsi tələb olunur
• Vaxtın idarəolunması (time-management) ideal olmalıdır

İŞ ŞƏRTLƏRİ :
• Maaş – başlanğıc 500 AZN. İki ay ödənişli sınaq müddəti – daha sonra 600 AZN. Rəsmi qeydiyyat təmin olunur. Çox sərfəli motivasiya-bonus sistemi də təklif olunacaq
• Adaptasiya müddəti ödənişlidir (2 ay)
• İş yeri: Bakı şəhəri
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq

Müraciətinizi e-mail ünvanına göndərin: info@azimut.az