NORM Sement şirkəti ÖDƏNİŞLİ Təcrübə Proqramını açıq elan edir! | Təhsil Elanları
NORM Sement şirkəti ÖDƏNİŞLİ Təcrübə Proqramını açıq elan edir!
Bölmə:İş Elanları 555 dəfə oxunub
14.03.2020

NORM Sement şirkəti Təcrübə Proqramını açıq elan edir!

Norm ASC aşağıda qeyd edilən tələblərə əsasən ödənişli təcrübə proqramı həyata keçirir.

Hazırda şirkətimizə
1.Elektronika (2 nəfər)

2.Avtomatlaşdırma (2 nəfər)

3.Mexaniki Təmir (2 nəfər)

4. Planlama (2 nəfər) tələb olunur.

Proqram aşağıda qeyd edilən ixtisaslar üzrə universitetdə təhsil alan bakalavr və magistr pilləsinin sonuncu kurs tələbələri arasından seçim edilərək həyata keçiriləcəkdir:
• Mexanika
• Elektroenergetika
• Avtomatlaşdırma
• Planlama
• Texnoloji maşınlar və avadanlıqlar
• Elektronika
Təcrübə müddəti 6 aydır və müqavilənin şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
İş yeri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşdiyi üçün şirkət müəyyənləşdirilmiş vaxtlarda və istiqamətlərdə servis avtobusları təşkil edir.
Təcrübəçilər könüllü tibbi sığorta növü üzrə sığortalanır və naharla təmin edilir.
Bizimlə əməkdaşlıq etmək istəyən tələbələr öz tərcümeyi-hallarını hr@norm.az ünvanına müraciət etdikləri vəzifənin adını mövzu xanasında qeyd etməklə göndərməkləri xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 31.03.2020

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.