İmtahanlar təxirə salındı | Təhsil Elanları
İmtahanlar təxirə salındı
Bölmə:Xəbərlər 222 dəfə oxunub
03.03.2020

Məlum olduğu kimi, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Bundan əlavə, 9 mart tarixində Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanının keçirilməsi də nəzərdə tutulmuşdur.

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan hər iki imtahan təxirə salınmışdır.

İmtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaqdır.