DİM işçi qəbulu elan edir | Təhsil Elanları
DİM işçi qəbulu elan edir
Bölmə:İş Elanları 1240 dəfə oxunub
09.02.2020

Dövlət İmtahan Mərkəzi müsahibələrin təşkili  ilə əlaqədar cari işlərin həyata keçirilməsi məqsədilə baş mütəxəssis vakant vəzifəsinə işçi qəbulu elan edir

Elan edilmiş vakant vəzifə üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər. 

Vakant vəzifə haqqında məlumat

Struktur bölmə: E-imtahanlar və müsahibələrin təşkili şöbəsi

Struktur vahid: Müsahibələrin təşkili sektoru

Vəzifənin adı: baş mütəxəssis

Aylıq vəzifə maaşı: 576 manat

Qulluq funksiyaları:

 

  • Müsahibə qrupu üzvləri tərəfindən verilmiş qiymətləndirmə ballarını bazaya daxil etmək;
  • Müsahibələrin keçirilməsi üçün lazım olan sənədləri (vəzifə təlimatlarını, müsahibə proqramlarını, yekun protokolları, bal cədvəllərini) hazırlamaq və aidiyyəti üzrə nizamlamaq. Müsahibə otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;
  • Gün ərzində keçirilmiş müsahibələrin videoçəkilişlərini mütəmadi olaraq     konvertasiya edib bazaya daxil etməklə mühafizəsini təmin etmək;
  • Müsahibə materiallarını arxivləşdirmək;
  • Rəhbərlik, şöbə müdiri və sektor müdirinin xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Vəzifənin tutulma şərtləri

Təhsilə dair tələblər: ali təhsil

İş stajına dair tələbi: tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – yaxşı, rus dili – yaxşı

Maraqlanan şəxslərdən müraciət formasını buradan yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 14-dək kh.azimova@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.