Dərs Evi müəllimi olmağa tələsin! - Vakansiya | Təhsil Elanları
Dərs Evi müəllimi olmağa tələsin! - Vakansiya
Bölmə:İş Elanları 782 dəfə oxunub
08.02.2020

İnnovativ yanaşma tətbiq edən tədris mərkəzimizin müəllim komandasına qoşulmaq imkanınız var.

Dərs Evi Azərbaycan təhsil proqramı ilə dünyada tətbiq edilən təcrübənin birləşməsi nəticəsində yaranıb və 2015-ci ildən ölkədə təhsilin inkişafına böyük dəstək verir.

Dərs Evi müəllimi olmağın üstünlükləri:

• Sərbəst iş qrafiki
• Karyera yüksəlişi
• Yüksək əmək haqqı
• Gənc, mehriban və peşakar komandada işləmək imkanı
• Sertifikatlaşdırılmış təlimlərdə və fərdi inkişaf proqramlarında iştirak etmək imkanı

Bizdən nələri öyrənəcəksiniz?

• Böyük qruplarda tədris etməyi
• "Tədrisin idarə edilməsi" - online sistemi ilə işləməyi
• Çıxışlar zamanı istənilən auditoriyanı diqqət mərkəzində saxlamaq bacarığı
• İnsanları ideyalarla həvəsləndirməyi və öz ardınca aparmağı
• Şagirdləri yüksək nəticələrə çatdırmağı

Dərs Evi-ndə müəllim vəzifəsinə seçim turlarında iştirak edəcək namizədlərə qoyulan tələblər

Ali təhsil müəssisələrinin məzunu və ya cari tələbəsi olmaq
Tədris etmək istədiyiniz fənn üzrə DİM imtahanında yüksək bal
Tədris və inkişaf etmək istəyi, yeniliklərə açıq olmaq
Məsuliyyətli və əməksevər olmaq

Vakansiyaya müraciət etmək üçün, link-dəki anketi 29.02.20 tarixindən gec olmayaraq doldurmaq lazımdır:

AZ bölməsi https://cutt.ly/DrmOt3M

RU bölməsi https://cutt.ly/UrmOybd