İrşad Electronics Çağrı Mərkəzi əməkdaşı axtarır | Təhsil Elanları
İrşad Electronics Çağrı Mərkəzi əməkdaşı axtarır
Bölmə:İş Elanları 995 dəfə oxunub
03.01.2020

İrşad Electronics-in Çağrı Mərkəzinə "Çağrı Mərkəzi əməkdaşı" vəzifəsi üzrə vakansiya elan edilir! Öz uğurlu karyeranı İrşad Electronics-lə qur!

Tələblər:
- Təhsil: Ali və ya peşə təhsili;
- Cinsi: Bəylər, xanımlar;
- Təcrübə: minimum 1 il;
- Yaş: 23 - 35 yaş;
- Dil biliyi: Azərbaycan dili - səlis, Rus dili - səlis.

Vəzifə və öhdəlikləri:
- Daxil olan zəngləri cavablandırır;
- Satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumat verir;
- Telefon zənglərini şöbələrə və aidiyyatı şəxslərə yönləndirir;
- Gün ərzində daxil olan zəngləri çeşidləyərək qeydiyyatını aparır;
- Telemarketinq fəaliyyətini həyata keçirir;
- Onlayn çata gələn sorğuları cavablandırır;
- Onlayn ərizələri yönləndirir.

Şəxsi keyfiyyətlərə tələblər:
- Səlis diksiya;
- Təşəbbüskar;
- Ünsiyyətcil;
- Məsuliyyətli;
- Komandada işləmə bacarığı;
- Stresə davamlı.

Əmək haqqı 700 AZN + bonuslar.

CV-lərinizi və məlumatlarınızı irshadelectronics.az saytında Karyera bölməsinə daxil olaraq müvafiq sahə üzrə göndərə bilərsiniz: https://irtelecom.az/az/vakansiyalar/8-call-centr-m-kdasi/

Əlavə məlumat üçün: *0171