Atəşgah Sığorta şirkətində işləmək imkanı | Təhsil Elanları
Atəşgah Sığorta şirkətində işləmək imkanı
Bölmə:İş Elanları 740 dəfə oxunub
18.12.2019

Korporativ satış şöbəsinin mütəxəssisi !

Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

Namizədə tələblər:

• Yaş: 23-35

• Təhsil: Ali

• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir

• Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri :

• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək:

• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;

• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;

• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır

• İş vaxtı 09:00 - 17:30

• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

• Əmək haqqı : müsahibə əsnasında

• İş yeri : Baş ofis

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.