Azərbaycan Beynəlxalq Bankı regionlar üzrə Kassir vakansiyası elan edir | Təhsil Elanları
Azərbaycan Beynəlxalq Bankı regionlar üzrə Kassir vakansiyası elan edir
Bölmə:İş Elanları 513 dəfə oxunub
07.12.2019

Azərbaycan Beynəlxalq Bankı  aşağıda qeyd edilən regionlar üzrə Kassir vakansiyası elan edir:

Quba, Şamaxı, Şəki, Zərdab,Zaqatala, Xızı, Xaçmaz, Ucar, Siyəzən, Şabran, Qusar, Qobustan, Qəbələ, Qax, Oğuz, Kürdəmir, İsmayıllı, Göyçay.

Vəzifə öhdəlikləri:

  •  Müştəriləri bankdaxili qaydalara uyğun olaraq qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
  •  Mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək, bu əməliyyatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız hesab edilən pul əskinaslarını qanunvericiliyə və bankdaxili qaydalara (mövcud olduqda) uyğun qəbul etmək, onları dəyişdirmək;
  •  Müştərilərin sorğu və müraciətlərini daxili prosedur və qaydalara uyğun, operativ şəkildə icra etmək;
  •  Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında belə bilikləri yeniləmək;
  • Ödəmə terminallarının inkasassiyasını həyata keçirmək.

 

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsill;
  • İş təcrübəsi tələb edilmir;
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq; 
  • Komandada işləmək bacarığı; 
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti; 
  • İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  20 dekabr 2019-cu il  tarixinədək cv@ibar.az  elektron ünvanına göndərə bilərsiniz.Məktubun mövzu hissəsində vəzifə adının “Kassir (müraciət edilən region ) “ şəklində göstərilməsi xahiş edilir.