Instagram Story Meneceri axtarılır | Təhsil Elanları
Instagram Story Meneceri axtarılır
Bölmə:İş Elanları 476 dəfə oxunub
07.12.2019

Impler Agentliyi Instagram Story Meneceri axtarır. Əsas işi müxtəlif səhifələr üçün maraqlı və kreativ story-lər hazırlamaqdır.
 
Namizəddən gözləntimiz:
- İşi yüksək səviyyədə icra etmək üçün müvafiq təcrübə
- Foto-video ilə rahat işləmək bacarığı
- Zövqlü baxış tərzi və kreativlik
- Instagram tool-larını çox yaxşı bilsin, trendləri izləsin.
- İngilis və ya rus dilini sərbəst bilsin.
- yaş və cins fərqi yoxdur.
Biz söz veririk:
- Stabil maaşlı iş
- Flexible iş qrafiki
- Sosial media sahəsində inkişaf
- Rahat iş kollektivi, öyrənmək, inkişaf etmək üçün lazım şərait
 
Müraciət etməzdən öncə aşağıdakıları diqqətə almağınız vacibdir:
1. Story Meneceri iş vaxtının bir hissəsini ofisimizdə, bir hissəsini isə yaradıclıq axtarışı üçün ofisdən kənarda keçirəcək.
2. Həftəlik iş yükü 20-40 saat (tam və ya yarım ştat) ola bilər. Odur ki, tələbələr də müraciət edə bilər.
3. Müraciət edən zaman maaş gözləntinizi qeyd edin. Seçim zamanı bacarıq, təcrübə və maaş nisbəti nəzərə alınacaq.
4. Seçim zamanı yaş və cinslə bağlı heç bir fərq qoyulmayacaq.
Müraciət qaydası
Bacarığınızı dəyərləndirə biləcəyiniz işlərinizi, Instagram profilinizi, haqqınızda bilməli olduğumuz məlumatları, maaş istəyini və CV-nizi "Story Manager" başlığı ilə cv@impler.com ünvanına göndərməyinizi xahiş edirik.
Müraciətlər 9 dekabr, 10:00-dək qəbul olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.