Kadr işləri üzrə mütəxəssis | Təhsil Elanları
Kadr işləri üzrə mütəxəssis
Bölmə:İş Elanları 401 dəfə oxunub
10.11.2019

MKT-İK MMC (Pambıq müəssisəsi) Kadr işləri üzrə mütəxəssis vakansiyası üzrə işçi axtarır.

Vəzifə funksiyaları

• Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
• İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
• İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
• İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;

Tələblər

• Ali təhsil;
• Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
• MS Office proqramları bilikləri;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• 1C proqram biliyi arzu olunandır;

İş qrafiki: 6 günlük, I – V günlər 09:30-18:30,

Müraciət qaydaları:

CV–ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kadr işləri üzrə mütəxəssis” yazmaqla göndərilir.