Maliyyə Bazarlarına Nəzarət Palatası vakansiya elan edir. | Təhsil Elanları
Maliyyə Bazarlarına Nəzarət Palatası vakansiya elan edir.
Bölmə:İş Elanları 608 dəfə oxunub
28.10.2019

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

  • Tam ali təhsil (texniki);
  • Texniki Dəstək üzrə ən azı 2 il iş təcrübəsi;
  • Microsoft Windows, Microsoft Server əməliyyat sistemləri ilə üzrə iş təcrübəsi;
  • Server avadanlıqları üzrə iş təcrübəsi;
  • Cisco şəbəkə avadanlıqları üzrə ilkin məlumat;
  • Antivirus sistemləri üzrə ilkin məlumat;
  • Mail serverlərin işləmə prinsipi üzrə məlumat;
  • Mini ATS – üzrə ilkin məlumat;
  • Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

  • Əməliyyat sistemlərin qurulması, konfiqurasiyası və idarə olunması,Ofis avadanlıqlarının (Printer, Scaner, Fax, Proektor və digər) qurulması;
  • İnformasiya texnologiyaları sisteminin təkmilləşdirilməsi ilə bağlı yenilikləri öyrənir və bu yeniliklərin tətbiqi və sistemin inkişafı istiqamətində strateji və taktiki hədəflərin müəyyən edilməsi ilə bağlı təkliflər verir;
  • Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini etmək;
  • İstifadəçilərin tələbləri əsasında prioritetlərin idarə olunmasını və bu tələblər əsasında informasiya sistemlərinin imkanları arasında optimal həllərin tapılmasını təşkil edir;
  • Palatanın istifadəçi reyesteri üzrə istifadəçi profili və hüququları üzrə idarə edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.