Müştəri xidmətləri üzrə təmsilçi | Təhsil Elanları
Müştəri xidmətləri üzrə təmsilçi
Bölmə:İş Elanları 508 dəfə oxunub
22.10.2019

Barattson “Müştəri xidmətləri üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Müraciət və zəng edən müştərilərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat vermək;
- Təlimləri təşkil etmək və təlim cədvəlini hazırlamaq;
- Müəllim və tələbələrin davamiyyətinə nəzarət etmək və sistemə daxil etmək;
- Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Tələbə müqavilələri hazırlamaq və sistemə daxil etmək;
- Bölmənin və təşkilatın layihələrində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əsas tələblər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis dili- “intermediate” səviyyəsi. Rus dilini bilmək üstünlükdür.
- Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Word, Excel, Power Point yaxşı səviyyədə bilmək
- Müştəri xidmətləri sahəsində ən azı 3 ay iş təcrürbəsi
Şəxsi keyfiyyətlər:
- Xoş ünsiyyət
- Səlis nitq qabiliyyəti
- İşə məsuliyyətlə yanaşma
- Insanları inandırma bacarığı
- Gərgin iş şəraitində işləmək bacarığı
İş qrafiki : 6 iş günü
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Müştəri Xidmətləri üzrə təmsilçi”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 15 Noyabr 2019 - cu il.