İnsan Resursları üzrə Mütəxəssis | Təhsil Elanları
İnsan Resursları üzrə Mütəxəssis
Bölmə:İş Elanları 392 dəfə oxunub
07.10.2019

Qalaaltı Otel & Spa Şabran şəhərində İnsan Resursları komandasına qoşulmaq üçün müxtəlif istedadlara malik açıq fikirli və enerjili İnsan Resursları üzrə Mütəxəssis vəzifəsində çalışacaq namizədlər axtarır.
Vəzifə öhdəlikləri:
· İşçilərin şəxsi işlərini hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd olunması;
· Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirilməsi;
· Aylıq uçot-tabellərinin icra olunması;
· Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması ;
· HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
· İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
· İşəqəbul hesabatlarının hazırlanması;
· İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
· Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
· İnsan resursları departamentinə aidiyyəti olan hesabatların tərtib edilməsi və təqdim edilməsi;
Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:
· İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə, otel təcrübəsi arzuolunandır;
· Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
· 1C proqram təminatı ilə işləmək bacarığı;
· Microsoft Office (Word, Excel, Powerpoint,Outlook) proqramlarında işləmək bacarığı;
· Azərbaycan dilində mükəmməl bilməli, Rus və İngilis dillərində bilməsi arzuolunandır;
· Analitik düşünmə tərzi,ünsiyyətçil,təqdimat bacarığı;
· İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır;
Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi galaalti.recruitment@pmdhospitality.az elektron ünvanına göndərə bilərsiniz.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “İnsan resursları üzrə mütəxəssis” vakansiyasının adını qeyd edəsiniz.
"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.