Ofis Menecer vakansiyası | Təhsil Elanları
Ofis Menecer vakansiyası
Bölmə:İş Elanları 1367 dəfə oxunub
29.09.2019

Yeni start götürən Mentor Təlim Mərkəzinə Ofis Menecer pozisiyasına vakansiya elan edilir:

Vakansiya: Ofis Menecer
İşçi: Xanım, 22-30 yaş həddi
İş sistemi: həftədə 6 gün, gündəlik 6 saat. 09:00-15:00 və ya 15:00-21:00
Gəlir: 400AZN + bonus sistemi tətbiq olunur

İş məkanı: Mentor Təlim Mərkəzi
Mentor Təlim Mərkəzi hər bir insanın həyatda uğurlu karyera qurması üçün gərəkli olan bilik, qabiliyyət və keyfiyyətləri tədris edən bir mərkəzdir. Bütün digər mərkəzlərdən yüksək səviyyədə müştəri xidmətləri mədəniyyəti ilə fərqlənir. Şəxsi inkişaf təlimlərini, seminarları və kursları özündə birləşdirən bir mərkəzdir. Əsas keyfiyyətimiz üzümüzdəki səmimi təbəssümdür.

İş mükəlləfiyyətləri:
- Təlimlər, seminarlar. kurslar - təşkili, tətbiqi və prosesin gedişatına nəzarət
- Ofis daxili və xarici inzibati işlər
- Mərkəzin büdcəsi
- Brendinq, Marketing və PR
- Müştəri – qeyd, qayğı, tam məmnuniyyət

Mentor Təlim Mərkəzi ailəmizin üzvü olacaq namizəddən gözləntilər:
- Yüksək səviyyədə ünsiyyət qurmaq keyfiyyəti, qarşı tərəfin xarakterindən asılı olmayaraq.
- Yüksək motivasiya ruhu, daim təbəssüm saçan sima, həyat dolu bir xarakter
- Azərbaycan dilində səlis danışıq nitqi
- Əsas ofis proqramlarında sərbəst işləmək bacarığı
- Fəaliyyətlərimizi ifadə edən reklam posterlərini hazırlamaq qabiliyyəti
- Həm Lider, həm də komanda oyunçusu xarakteri
- Qurucu, idarəçi və informasiya əldə edə bilən xarakter
- İşindəki ambisiyası, şəxsi hədəfləri maddi gəlirdən öndə gələn bir şəxsiyyət ruhu
- Qoyulan hədəflərə köklənməklə yanaşı, eyni zamanda bu yolda daim yeni ideyalar irəli sürən biri
- İngilis və Rus dilində danışıq bilikləri namizədlərlə rəqabətdə üstünlükdür
- Şəxsi inkişaf və təhsil sektorunda təcrübəyə sahib olması üstünlükdür
- Eyni zamanda spiker və ya müəllimlik qabiliyyətinin olması üstünlükdür
- Minimum başlanğıc gəlir 400AZN olmaqla yanaşı, tətbiq olunan bonus sistemi sayəsində əldə ediləcək gəlir limitsizdir. Şirkətə qazandırdığı hər uğur, hər maddi qazanc, aylıq gəlirdən xaric bonusla mükafatlandırılacaq
- Ofis Menecer Mentor Təlim Mərkəzinin əsas aparıcı qüvvəsi olacaq!

Özünü bu vəzifədə tapan namizədlər mentortelimmerkezi@gmail.com mail ünvanına:
- CV
- özünü və fikirlərini ifadə edən bir neçə cümləlik istək məktubu
- səhər növbəsinə (09:00-15:00) yoxsa günorta növbəsinə (15:00-21:00) baş vurduğunu qeyd edib göndərir.

Profili axtardığımız namizədə uyğun gələn şəxslərlə əlaqə saxlayacaq, intervü gün və zamanını təyin edəcəyik

Müştəri məmnuniyyəti idealımız, işçimizin məmnuniyyəti isə mükəlləfiyyətimizdir.