Azərbaycan Dəmir Yolları könüllülər üçün ödənişli təcrübə proqramı elan edib | Təhsil Elanları
Azərbaycan Dəmir Yolları könüllülər üçün ödənişli təcrübə proqramı elan edib
Bölmə:İş Elanları 826 dəfə oxunub
25.09.2019

“Azərbaycan Dəmir Yolları” QSC-də Təcrübə Proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, dəmir yolu nəqliyyatı haqqında nəzəri və praktik biliklər əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcəkdə Cəmiyyət daxilində karyera qurmaq imkanları yaradır.

Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər. Təcrübəçilərə aylıq 150 manat xidmət haqqı ödəniləcək.

Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, k
orporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq.

Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir. Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcəkdir. Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük, nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir.

Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır:

- Dəmir yolu vağzalında vətəndaşların qarşılanması;

- Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə köməkliyin göstərilməsi;

- Tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara yönləndirilməsi;

- Sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi, müvafiq qaydada qeydlərin aparılması;

- “Azərbaycan Dəmir Yolları” ilə əlaqədar müxtəlif sosial monitorinqlərin aparılması;

- Növbələrin təşkili;

- Qatarlarda və vağzallarda sorğuların keçirilməsi.

Proqramın müddəti 3 ay davam edəcək. Həmin müddəti bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək.

Təcrübə proqramında iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə müraciət etmək mümkündür.

MÜRACİƏT ET