ASAN Xidmət, SOCAR və PAŞA BANK-da vakansiyalar var | Təhsil Elanları
ASAN Xidmət, SOCAR və PAŞA BANK-da vakansiyalar var
Bölmə:İş Elanları 8609 dəfə oxunub
20.07.2019

Hal-hazırda SOCAR-ın müxtəlif müəssisə və təşkilatlarında Bakı, Sumqayıt və digər regionlar üzrə təqribən 40 müxtəlif vəzifə və peşə üzrə vakansiyalarımız mövcuddur.

Siz də böyük "SOCAR" ailəsinin üzvü olmaq və peşəkar karyeranızı bizimlə qurmaq istəyirsinizsə, elanda olan vakansiyalarımıza linkə ( https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_unreg_job_search?sap-wd-configId=ZHCM_WDC_ERC_UNREG_DEF #) daxil olaraq müraciət edə bilərsiniz.

 

 

Paşa Bank Vakansiya elan edir 

Job purpose
Leverages and enhances engineering practices to deliver business value

 

Main Accountabilities

Improve and support Core Banking System (ABS) and Internet Banking solution(s)
Create innovative solutions that add value to the organization
Quality of the developed software : User Interface, robustness, error-proneness, response time;
To pay maximum attention on timings and team work for project based assignments.
To produce code based on the requirements specified by Tech lead
Other specific duties as assigned by the line manager

Knowledge, skills and experience required

Education: Bachelor degree of informational technology, mathematics or other relevant field.
Work experience: Minimum 2 year experience in software development, engineering
License / Certificate: N/A 
Foreign Language: English (upper-intermediate)
Computer Skills: Java Programming, Data structure and algorithms knowledge, PL/SQL
Product Knowledge: N/A
Market knowledge: N/A
Other: N/A

Interested Candidates please send your CV to recruitment@pashabank.az indicating “PL/SQL Developer/buqelemun.com” in the subject line of your message till the 17 August 2019. Otherwise, your candidacy will not be considered.

Only shortlisted candidates will be contacted.

 

ASAN XİDMƏTdə iş var 

Boyu 160-dan yuxarı olanlar üçün “ASAN xidmət”də iş var

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Verilən məlumata görə, Bakı şəhərinin 6 saylı, o cümlədən respublikanın Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi “ASAN xidmət” mərkəzlərinin hər birində 4, ümumilikdə 24 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar), 170 (kişilər) santimetrdən yuxarı olan özü və yaxın qohumları məhkum olunmamış,

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi şəhərlərində və ətraf rayonlarında daimi qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq.

Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-dək iş günləri saat 10:00-dan 17:00-dək,

Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 


- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli 
- Hərbi bilet (kişilər üçün)
- Əmək kitabçası (olanlar üçün)


Əlavə məlumat üçün (012) 570-70-80 saylı telefonla əlaqə saxlamaq olar.