UNEC-in Analitik İnformasiya Resursları Mərkəzi vakansiya elan edir | Təhsil Elanları
UNEC-in Analitik İnformasiya Resursları Mərkəzi vakansiya elan edir
Bölmə:İş Elanları 938 dəfə oxunub
27.06.2019

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Statistika və ekonometrika kafedrasının nəzdində Analitik İnformasiya Resursları Mərkəzi (AİRM) yaradılmışdır. Bununla əlaqədar olaraq Mərkəz aşakıdakı müvafiq vəzifələrin tutulması barədə vakansiya elan edir:

1. İT mütəxəssisi

Vəzifə öhdəlikləri:

  1. Mərkəzin web - saytının yaradılması;
  2. saytda fasiləsiz texniki işin təmin edilməsi;
  3. zəruri məlumatların yerləşdirilməsi;
  4. dövri məlumatların yenilənməsi;

Vakant vəzifə üzrə tələblər:

  1. Müvafiq sahədə ali təhsil;
  2. php, wordpress və ya bu kimi proqramlaşdırma dilləri üzrə biliklər;
  3. Müvafiq sahə üzrə sertifikat

2. Statistik

Vəzifə öhdəlikləri:

  1. informasiya təminatçıları ilə əməkdaşlıq etmək;
  2. arxiv məlumatları ilə işləmək;
  3. məlumat bazasını toplamaq;
  4. göstəriciləri sistemləşdirmək;
  5. toplanmış göstəriciləri təhlil etmək.

Vakant vəzifə üzrə tələblər:

  1. Müvafiq sahədə ali təhsil;
  2. Xarici dil bilikləri (rus və ingilis).

Qoyulan tələblər üzrə uyğun namizədlər CV-lərini 15 iyul 2019 tarixinədək r.huseynova@unec.edu.az ünvanına göndərə bilərlər.

Əlaqə: (012) 492-72-98
UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi
UNEC I tədris binası, otaq 128