Dərs Evi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir | Təhsil Elanları
Dərs Evi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir
Bölmə:İş Elanları 812 dəfə oxunub
25.04.2019

Dərs Evi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir

Niyə Dərs Evi?

Dərs Evi – imtahanlara ənənəvi hazırlıq prosesindən əsaslı şəkildə fərqli bir yanaşma tətbiq edən innovativ tədris mərkəzidir.

Mərkəz çoxillik beynəlxalq təcrübəyə (İsrail, ABŞ, Rusiya) əsaslanan və yerli imtahan tələblərinə uyğunlaşdırılmış unikal metodika əsasında fəaliyyət göstərir.

İnteraktiv tədris metodları, xüsusi hazırlanmış materiallar və effektiv dərs proqramı sayəsində abituriyentlər yalnız fənləri öyrənmir, eyni zamanda imtahana hərtərəfli hazırlaşırlar.

Dərs Evi-ndə çalışmağın üstünlükləri:

• Beynəlxalq şirkət səviyyəsində iş standartları

• Sertifikatlaşdırılmış təlimlər və fərdi inkişaf proqramları

• Gənc və peşəkar komanda

• Çevik (razılaşdırılmış) iş qrafiki

• Yüksək əmək haqqı

• Karyerada yüksəliş imkanı

Dərs Evi-ndə müəllim vəzifəsinə seçim turlarında iştirak edəcək namizədlərə qoyulan tələblər:

• Ali təhsil müəssisələrinin məzunu və ya cari tələbəsi olmaq

• Tədris etməyə hazırlaşdığı fənn üzrə DİM qəbul imtahanında ən azı 20 suala düzgün cavab vermək

• Fənn üzrə fundamental akademik biliklərə malik olmaq

• Tədrisi həyata keçirəcəyi dili(azərbaycan və rus) mükəmməl səviyyədə bilmək

• Tədris etmək və pedaqoji fəaliyyətdə müvəffəqiyyətə nail olmaq istəyi

• İnnovativlik, yenilikləri öyrənmək və inkişaf etmək istəyi

• Məsuliyyətli və əməksevər olmaq


CV-nizi 01.05.2019 tarixindən gec olmayaraq dimteacher@dersevi.az ünvanına göndərə bilərsiniz. Məktubun mövzu sətrində “Müəllim” vəzifəsini göstərməyi unutmayın.