Heydər Əliyev adına Müasir Təhsil Kompleksi müəllimlərin işə qəbuluna start verir | Təhsil Elanları
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi müəllimlərin işə qəbuluna start verir
Bölmə:İş Elanları 1136 dəfə oxunub
21.04.2019

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi qeyd olunan vakant yerlər üzrə müəllimlərin işə qəbuluna start verir. Yeni 2019-2020-ci dərs ilində qeyd olunan fənlər üzrə beynəlxalq mühitdə pedaqoji fəaliyyətini davam etdirməyə hazır olan təcrübəli müəllimlər və ali təhsilini başa vurub karyerasını təhsil sahəsində qurmaq istəyən universitet məzunlarını işə qəbul prosesində iştirak etməyə dəvət edirik.

1. İbtidai sinif müəllimi (Azərbaycan bölməsi);

2. İbtidai sinif müəllimi (Rus bölməsi);

3. Riyaziyyat müəllimi (Azərbaycan bölməsi);

4. Riyaziyyat müəllimi (Rus bölməsi);

5. İngilis dili müəllimi (Azərbaycan /rus bölməsi)

6. Coğrafiya müəllimi (Azərbaycan / Rus bölməsi, hər iki dildə tədris edə biləcək);

7. Fizika müəllimi (Azərbaycan bölməsi);

8. Kimya müəllimi (Azərbaycan bölməsi);

9. Kimya müəllimi (Rus bölməsi);

10. Tarix müəllimi (Rus bölməsi)

Müəllimlərin işə qəbulu ilə bağlı əsas qaydalar və tarixlər aşağıda qeyd edilib:

I. SƏNƏD QƏBULU: 
MTK-ya işə qəbul olmaq istəyən namizədlər: 
1. Onlayn rejimdə anket-ərizə formasını tam doldurub təsdiqləməlidirlər ( https://e.mtk.edu.az/jurnal/vakansiya2019/

 
 ). 2. Elektron anket-ərizə formasını tamamlamaq üçün aşağıdakı sənədlərin surətini elektron formatda yükləməlidirlər: · Namizədin şəxsiyyət vəsiqəsinin surəti; · Namizədin rəngli foto şəkili (3x4); · Namizədin təhsil haqqında sənədinin surəti və ya məzunların təhsilini bitirməsi haqqında arayış; ·Təhsil haqqında sənəddə əvvəlki soyad qeyd olunduğu halda, nikah şəhadətnaməsinin surəti.
Sənəd qəbulunun son tarixi 30 aprel 2019, saat 23:59-dəkdir. Sənəd qəbulunu müvəffəqiyyətlə keçən və seçilmiş namizədlər telefon və ya elektron poçt vasitəsi ilə test imtahanında iştirak etmək üçün 04-05 May 2019-da dəvət ediləcəklər.

 

II. TEST İMTAHANI 
Test imtahanı aşağıda qeyd olunan istiqamətlər üzrə 70 sualdan ibarət olmaqla 2 saat davam edəcək: · İxtisası üzrə - 30 sual; · Pedaqoji səriştələr üzrə - 10 sual; · Psixoloji səriştələr üzrə - 10 sual; · Məntiq üzrə - 10 sual; · Kurrikulum üzrə - 10 sual. Şifahi müsahibədə iştirak etmək üçün namizəd test imtahanından minimal olaraq 55 suala düzgün cavab yazmalıdır;
Test imtahanın keçirilmə tarixi: 
07 May 2019
09:00 – namizədlərin qeydiyyatı; 
10:00 – imtahanın başlama vaxtı; 
12:00 – imtahanın bitmə vaxtı.
Test imtahanın nəticələrinin elan edilməsi tarixi: 10 May 2019

III. ŞİFAHİ MÜSAHİBƏ
Minimal bal və daha çox toplayan namizədlər şifahi müsahibədə iştirak etmək üçün qabaqcadan müəyyən edilmiş tarixlərdə MTK-ya dəvət olunacaqlar. Rəhbərlik və peşəkar mütəxəssislər tərəfindən ümumi dünyagörüşünü, ünsiyyət qurma bacarığını, vəzifəyə uyğunluğunu müəyyən etmək üçün namizədə suallar, tapşırıqlar verilməsi, namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi yolu ilə həyata keçirilir.
Şifahi müsahibənin keçirilmə tarixləri: 
14 may 2019, 15 may 2019, 16 may 2019, 17 may 2019; Müsahibənin nəticələrinin elan edilməsi tarixi: 18 may 2019

IV. AÇIQ DƏRS 
Şifahi müsahibədə seçilmiş namizədlər Sınaq Dərsin keçirilməsinə dəvət olunacaqlar. Sınaq Dərs şagirdlərə innovativ, müasir metod və texniki vasitələrdən istifadə etməklə həyata keçirilməlidir. 
Sınaq dərslərin keçirilməsi tarixi: 21-24 may 2019 
Sınaq dərslərin nəticələrinin elan edilməsi tarixi: 03 iyun 2019

Müəllimlərin işə qəbul prosesində Sınaq Dərsi müsbət nəticələnən namizədlər 16 sentyabr 2019-cu il tarixindən 3 ay sınaq müddəti ilə işə qəbul olunacaqlar. İşə başlamazdan öncə hər bir namizəd MTK-ya 2 tövsiyə məktubu təqdim etməlidir.