BRAVO-da 'Praktikum' Yay Təcrübə Proqramı | Təhsil Elanları
BRAVO-da 'Praktikum' Yay Təcrübə Proqramı
Bölmə:İş Elanları 1371 dəfə oxunub
16.04.2019

Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

Bravo, Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Şirkət, gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün artıq ikinci ildir ki, “Praktikum” Yay Təcrübə Proqramı təşkil edir.

'Praktikum', tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edir, şirkət peşəkarları tərəfindən təlimatlandırır, yay aylarında işləmək imkanı verir.

'Praktikum' təcrübə proqramı kimləri əhatə edir?

18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2018-2019-ci illərdə məzun olmuş gənclər bu proqrama müraciət edə bilər.

Təcrübə proqramının seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2019-cu il 'Praktikum' hansı şöbələri əhatə edir?

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Müştəri təcrübəsinin idarə olunması
  • Qeyri-qida alışı
  • İT və Biznes sistemləri
  • Mağaza əməliyyatları
  • İstismar xidmətləri
  • Təchizat və layihə xərclərinə nəzarət
  • Gömrük və Logistika
  • Planoqram

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat almaq
  • Komanda işi və yeni layihələr yaratmaq
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur

'Praktikum' Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır

Müraciət etmək üçün:

Maraqlanan gənclər 1 May 2019-cu il tarixinədək aşağıda yerləşdirilmiş onlayn müraciət formasına keçid alaraq öz müraciətlərini təstiqləyə bilərlər: Müraciət forması

Əlavə sual yarandığı halda internship@azerbaijansupermarket.com ünvanına müraciətlər yönləndirilə bilər.