İllustrasiya və Qrafik üzrə Dizayner | Təhsil Elanları
İllustrasiya və Qrafik üzrə Dizayner
Bölmə:İş Elanları 466 dəfə oxunub
31.03.2019

Qrafik Dizayner/İllustrator axtarılır.
#vakansiya #ishvar #işvar

Əsas vəzifə öhdəlikləriniz
*Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
*Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək 
*Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək
*İl ərzində müəyyən olunmuş vaxt çərçivəsində brendin vizual qaydalarına uyğun olaraq layihələri həyata keçirmək

Tələb olunan təhsil və iş təcrübəsi
*Ali Təhsil 
*Dizayn və reklam sahəsində 3-5 il iş təcrübəsi (reklam agentliyində iş təcrübəsi üstünlük hesab olunur)

Tələb olunan bacarıq və səriştəliklər
*Komanda işi və əməkdaşlıq
*Son trendlərin izlənilməsi
*Dəqiqlilik
*Kreativlik
*Detallara yönümlülük
*Müştəri yönümlülük 
*Nəticə yönümlülük
*Davamlı təkmilləşmə 
*Stresə davamlılıq
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
*Adobe Creative Cloud (Photoshop, Illustrator etc.), CorelDraw proqramlarını bilmək ( Sketch bilikləri üstünlük hesab olunur)
*Dizayn və reklam sahəsində peşəkarlıq

Müraciət etmək üçün
CV-nizi və portfolionuzu hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’İllustrasiya və Qrafik üzrə Dizayner’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Heydər Əliyev Prospekti 106A