Dövlət Aqrar Ticarət Şirkəti Korporativ satış şöbəsinin müdiri vakansiyası | Təhsil Elanları
Dövlət Aqrar Ticarət Şirkəti Korporativ satış şöbəsinin müdiri vakansiyası
Bölmə:İş Elanları 650 dəfə oxunub
27.03.2019

Dövlət Aqrar Ticarət Şirkəti Korporativ satış şöbəsinin müdiri vakansiyası üzrə işə qəbul elan edir. Namizədlərdən CV-lərini mövzu yerinə vakansiyanın adını qeyd edərək hr@agrotrade.gov.az ünvanına göndərmələri xahiş olunur. 

Korporativ satış şöbəsinin müdiri

Namizəd üzrə tələblər:

  • Yaş həddi 23-40
  • Xidmət sektoru üzrə 3-5 il iş təcrübəsi
  • Liderlik qabiliyyəti
  • Analitik düşünmə və problemi həll etmə qabiliyyəti
  • Ünsiyyət qurma və inandırma bacarığı
  • Təqdim etmə qabiliyyəti
  • MS Office bilikləri  
  • İngilis və Rus dilini bilənlərə üstünlük verilir

Öhdəliklər:

  • Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək
  • Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək
  • Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydlər aparmaq və hesabatlar hazırlamaq
  • Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsini həyata keçirmək
  • Müştəri etirazları ilə işləmək və bununla əlaqədar ortaya çıxan problemləri həll etmək
  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin xidmətlərinə dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
  • İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını təmin etmək
  • Potensial müştəri ola biləcək şirkətlərə ziyarət etmək və ehtiyacları analiz etmək
  • Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanmasını və təqdimatını həyata keçirmək
  • Ziyarət nəticələrini izləmək
  • Sifarişlərin icra olunmasını təmin etmək
  • Müştəridən sifarişin qəbul olunması və müvafiq şöbələrə ötürülməsini təmin etmək
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək
  • Təklifləri izləmək və müştəri ilə razılaşma əldə etmək
  • Maliyyə sənədlərini müştəriyə göndərmək
  • Müştəri ödəmələrinin izləmək
  • Komanda arasında işlərin bölüşdürülməsi

Əmək şərtləri:

  • AR Əmək Məcəlləsinəəsasən sənədləşmə
  • İş rejimi: həftə içi 5 gün
  • Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək

Son müraciət tarixi: 12.04.2019-cu il

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@agrotrade.gov.az elektron ünvanına göndərə və ya onlayn müraciət formasını doldura bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et