Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisi | Təhsil Elanları
Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisi
Bölmə:İş Elanları 482 dəfə oxunub
14.02.2019

Tələblər:

• Maliyyə və ya iqtisadi sahədə ali təhsil;

• İngilis və rus dili bilikləri;

• 1 il bank stajı, müvafiq sahə üzrə minimum 6 ay iş stajı;

• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;

• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər; • İFRS tələbləri üzrə biliklər;

• Risklərin idarə edilməsi barədə lokal (AR Mərkəzi Bankının və Azərbaycan Respublikasının MBNP-nın) normativləri və qaydaları üzrə biliklər;

• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;

• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir;

İş haqqında məlumat:

• Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə tələb olunan hesabatların hazırlanması;

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək; • İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;

• Risklərin idarə edilməsi sahəsi üzrə şöbə müdiri, departament müdiri, baş risk inzibatçısı, əlaqədar İdarə Heyətinin üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqlarının icra edilməsi;

• Bank fəaliyyəti ilə əlaqədar yarana biləcək kredit, əməliyyat, bazar, likvidlik və s. risk kateqoriyaları ilə bağlı ölkə qanunvericiliyi və bankdaxili reqlamentlərlə müəyyən olunan tədbirlərin həyata keçirilməsi;

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@asb.az elektron ünvanına göndərə bilərlər;

• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisi” göstərməyiniz xahiş olunur;

• CV-lər 28.02.2019-cu il tarixədək qəbul olunacaqdır.