Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur | Təhsil Elanları
Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur
Bölmə:İş Elanları 369 dəfə oxunub
10.12.2018

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Xidmətlərin təsviri:

İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri:

1. Azərbaycan dili (tədris dili) 2. Azərbaycan dili (dövlət dili) 3. Riyaziyyat 4. İnformatika 5. Həyat bilgisi 6. Texnologiya 7. Təsviri incəsənət 8. Musiqi 9. Русский язык (язык обучения) 10. Русский язык (иностранный язык) 11. Математика 12. Информатика 13. Познание мира 14. Технология 15. Изобразите 16. Музыка

Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri:

1. Azərbaycan dili (tədris dili) 2. Azərbaycan dili (dövlət dili) 3. Ədəbiyyat 4. Riyaziyyat 5. İnformatika 6. Azərbaycan tarixi 7. Ümumi tarix 8. Həyat bilgisi 9. Kimya 10. Fizika 11. Biologiya 12. Coğrafiya 13. Texnologiya 14. Təsviri incəsənət 15. Musiqi 16. Fiziki tərbiyə 17. Gənclərin çağırışaqədərki hazırlığı 18. İngilis dili 19. Fransız dili 20. Alman dili 21. Русский язык (язык обучения) 22. Русский язык (иностранный язык) 23. Литература 24. Математика 25. Информатика 26. История Азербайджана 27. Всеобщая история 28. Познание мира 29. Химия 30. Физика 31. Биология 32. География 33. Технология 34. Изобразительное искусство 35. Музыка 36. Физическое воспитание 37. Допризывная подготовка

Namizədlərə verilən tələblər:

1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.

2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.

3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.01.2019-cu il tarixədək h.vusale@edu.gov.az elektron poçtuna göndərə bilər.

Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar:

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Vüsalə Firdovsi qızı Əliyeva Əlaqə telefonu: (+ 994 012) 599-11-55 (əlavə 5116) E-poçt: h.vusale@edu.gov.az