Dövlət İmtahan Mərkəzi vakansiya elan edir | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi vakansiya elan edir
Bölmə:İş Elanları 1304 dəfə oxunub
05.12.2018

Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinə İKT sahəsi (software) üzrə mütəxəssis tələb olunur

 

Namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar:

- Riyaziyyat, informatika və ya fizika istiqamətli ixtisaslardan biri üzrə ali təhsili olmalı;

- .NET platformasına daxil olan proqramlaşdırma dillərindən ən azı birini bilməli;

- İngilis dilini yaxşı səviyyədə bilməli;

- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalıdır.

Riyazi və analitik bacarıqları yüksək olanlara, İKT sahəsi üzrə hər hansı layihələrdə tətbiqi proqramın hazırlanmasında yaxından iştirak edən, riyazi statistik metodlarla işləməyi bacaran şəxslərə üstünlük verilir.

İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il dekabrın 30-dək o.ismayilov@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.