UNEC müəllimi adını qazanmaq istəyən gənclər üçün növbəti İMKAN | Təhsil Elanları
UNEC müəllimi adını qazanmaq istəyən gənclər üçün növbəti İMKAN
Bölmə:İş Elanları 542 dəfə oxunub
19.11.2018

UNEC müəllimi adını qazanmaq istəyən gənclər üçün növbəti layihə: “Gənc müəllimlər - 2”

UNEC-də növbəti “Gənc müəllimlər - 2” layihəsinə start verilir. Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi UNEC-in gənc müəllim kollektivinə qoşulmağa dəvət edirik.
Azərbaycan, rus, ingilis və türk dillərində tədris apara biləcək, UNEC-in Bakı korpusu və Zaqatala filialında çalışmaq arzusunda olanlar CV-lərini 20 dekabr 2018-ci il tarixinə qədər cv@unec.edu.az ünvanına göndərə bilər. 
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi müsahibə təşkil ediləcək.
Müəllim adını zirvədə qoruyacaq hər kəsi UNEC kollektivində görməyə şad olarıq!