Koordinator axtarılır | Təhsil Elanları
Koordinator axtarılır
Bölmə:İş Elanları 660 dəfə oxunub
06.11.2018

Majlis Business Network üçün kordinator axtarışındayıq. Onu qeyd edə bilərəm ki, bu şəxs 3 səbəbə görə çox şanslıdır.

1. Durmadan öyrənmə imkanı olacaq, daim öz sahəsində təcrübəli insanların əhatəsində olacaq. Təşkilati işlər isə onda tamamilə yeni keyfiyyətlər formalaşdıracaq.

2. İş adamlarından ibarət böyük bir şəbəkəsi yaranacaq, insanlar illərini sərf edir bunun üçün 

3. Maddi və professional inkişaf perspektivləri mövcuddur. Bu barədə müsahibəyə seçilən şəxslərə ətraflı məlumat veriləcək.

Vəzifə öhdəlikləri:
- Ay ərzində olan tədbirlərin təşkili 
- Kontent menecment (vebsayt və sosial mediada)
- Müxtəlif növ danışıqların aparılması
- Fəaliyyət zamanı ortaya çıxan digər işlər

Tələblər
- Xoş görünüşlü, yaxşı təqdimat və satış qabiliyyəti olan birini axtarırıq
- İş bəylər üçün daha uyğundur, amma xanımların müraciəti də istisna deyil
- Əlavə dil biliyi böyük üstünlükdür
- Təşkilati işlərdə təcrübə böyük üstünlükdür

Qrafik: 5 gün, lakin həftəsonu tədbirlər ola bilər. İş saatı, 09:00-18:00
Ə/h: 400 AZN (başlanğıc)

Maraqlanan şəxslərdən CV-lərini vacancy@majlis.network ünvanına "kordinator" başlığı ilə göndərmələri xahiş olunur. Yalnız seçilən şəxslərlə əlaqə saxlanacaq.

Son müraciət tarixi: 11 Noyabr