Vakansiya:SMM menecer | Təhsil Elanları
Vakansiya:SMM menecer
Bölmə:İş Elanları 613 dəfə oxunub
25.10.2018

Vakansiya:SMM menecer
Namizədə dair tələblər:

- Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW) (retuş və reklam maketlərinin yenilənməsi ilə iş)
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- SMM sahəsində ən azı 1 iş təcrübəsi arzuolunandır; 
- Yaş: 23-38;

İş barədə məlumat:
-Sosial şəbəkə hesablarının idarə edilməsi (facebook, instagram, twitter və s.) 
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaların yaradılması və idarə olunması;
- Həftəlik, aylıq media planlama işlərinin hazırlanması;
- Şirkətin İnternet saytlarında gündəlik paylaşımların edilməsi; 
- Gündəlik kontent mətnlərinin tərtib edilməsi;
- Sosial şəbəkələrdə gündəlik komentlərin və daxili yazışmaların cavablandırılması; 
- Hesabatların hazırlanması;

Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
Maraqlananlar CV-lərin azərbaycan dilində hrsafarova@gmail.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı –SMM menecer yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən cv-lərə baxılacaq.